Braziliyalı hücumçu Rişarlisonun "Tottenhem"dən "Vasko da Qama"ya transferi reallaşmayıb.
Offsideplus.az xəbər verir ki, tərəflər transfer məbləği barədə razılığa gəlsələr də, şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər. Braziliyada transfer pəncərəsi cümə günü bağlanıb.
Qeyd edək ki, Rişarlison "Tottenhem"in Premyer Liqa üçün sifariş ərizəsinə daxil edilməyib. Onun "Everton"a 35 milyon funt sterlinqə keçidi də transfer pəncərəsinin son günündə şəxsi şərtlərlə bağlı fikir ayrılığına görə baş tutmamışdı.


