"Liverpul"un kapitanı Vircil van Dayk gələn yay klubdan ayrılmaq variantını nəzərdən keçirə bilər.

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçiyə qarşı sərfəli təkliflərin gəlməyə başlaması onun gələcəyini sual altına qoyub.

​35 yaşlı futbolçu ilə Səudiyyə Pro Liqası klubları yaxından maraqlanır. Eyni zamanda, MLS təmsilçiləri və Türkiyə klublarından da təkliflərin gəlmə ehtimalı var.

​"Liverpul" isə hələlik Van Dayka yeni müqavilə təklif edib-etməyəcəyinə qərar verməyib.

Qeyd edək ki, niderlandlı mərkəz müdafiəçisinin mövcud sözləşməsi gələn yay başa çatır.