Misli Premyer Liqasında V tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, açılış oyununda "İmişli" Yevlaxda "Neftçi"ni qəbul edib
Görüş saat 16:30-da start götürüb.
"Ağ-qaralar" çətinliklə də olsa, qələbə qazanmağı bacarıb - 3:2.
4 turdan sonra "Neftçi"nin aktivində 12, "İmişli"nin isə 4 xal var.
Misli Premyer Liqası, V tur
11 sentyabr
16:30. "İmişli" – "Neftçi" 2:3
Qollar: Bəxtiyar Həsənalızadə, (29'), Azər Salahlı, (45+) - Freddi Varqas, (11'), Breno Almeyda, (27), Qustavo Klisman (80').
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu


