"Mançester Yunayted" klubunun akademiyasının parlaq istedadı JJ Qabrielin çərşənbə günü "Brayton"a qarşı keçiriləcək Liqa Kuboku matçında əsas komandanın iştirak ərizəsinə daxil edilməsi ciddi şəkildə nəzərdən keçirilir.
Offsideplus.az xəbər verir ki, 15 yaşlı futbolçu bu addım reallaşacağı təqdirdə, karyerasında ilk dəfə olaraq "Mançester Yunayted"in əsas heyəti ilə matç həyəcanını yaşaya bilər.
Klub rəhbərliyi və məşqçilər korpusu gənc oyunçunun potensialını yüksək qiymətləndirirlər.


