Baş məşqçi Xabi Alonso "Çelsi"də klubun sahiblərinin dəyişməsi ehtimalı ilə bağlı sualı cavablandırıb.

Offsideplus.az xəbər verir ki, daha əvvəl "Çelsi"nin şərikli sahibləri Todd Bouli və Mark Volterin paylarını Clearlake şirkətinin əsas səhmdarına satmaq üçün danışıqlar apardığı bildirilmişdi. "Mən bu cür məsələlər barədə məlumat verə biləcək şəxs deyiləm. Bu barədə heç bir məlumatım yoxdur. İşimdə hər şey qaydasındadır, mövsümə necə başladığımızdan və birgə işimizdən çox razıyam. Hazırda deyə biləcəyim yalnız budur", – deyə Alonso bildirib.