"Gəncə"nin məşqçilərindən daha biri məlum olub.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməkdar məşqçi Rizvan Səfərov komandada fəaliyyətini davam etdirəcək.
Yarandığı gündən klubun məşqçilər korpusunda yer alan təcrübəli mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.


