Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan "Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalı başa çatıb.

Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb.

Bağlanış mərasimində müxtəlif kateqoriyalar üzrə qaliblər mükafatlandırılıb:

  • A turniri: Misrətdin İskəndərov (7 xal) – I yer, Vüqar Manafov (7 xal) – II yer, Mixail Mozharov (FIDE, 6.5 xal) – III yer.

  • B turniri: Əli Məmmədov (8 xal) – I yer, Emin Gəncəliyev və Anar Bağışov (hərəyə 7 xal) – II-III yerlər.

  • Rapid və Blits: Rüstəm Rüstəmov rapiddə, Xaqan Əhməd isə blits yarışında çempion olub.

Mükafat fondu 24 420 manat olan "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış oktyabrın 11-18-də keçiriləcək "Ganja Open" olacaq.