Növbəti Noche UFC turnirinin əsas döyüşündə braziliyalı Jean Silva və yüksəlişdə olan Xose Delgado üz-üzə gələcək. Silva əvvəlcə Yair Rodrigesə qarşı döyüşməli idi, lakin rəqib dəyişib. Turnirin əsas kartında həmçinin keçmiş UFC çempionları Brandon Moreno və Alexa Grasso da çıxış edəcək. Grasso bu dəfə Manon Fiorot ilə qarşılaşacaq və bu döyüşün qalibi gələcəkdə titul şansını əldə edə bilər.

Offsideplus.az xəbər verir ki, çəkiölçmə mərasimi Arizonada baş tutub. Əsas kartda Silva–Delgado döyüşü ilə yanaşı, Brandon Moreno–Cozeph Morales, Tommy McMillen–Marwan Rahiki, Manon Fiorot–Alexa Grasso, Valdo Kortes-Akosta–Körti Blayds və David Martinez–Dan İge qarşılaşmaları yer alıb. Preliminarlarda isə Tim Elliott, Muslim Salixov, Rafa Qarsia, Regina Tarin kimi idmançılar çıxış edəcək.