"Barselona"nın idman direktoru Deku komandanın mərkəz hücumçusu mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, yayda "Çikaqo Fayr"a transfer olunan Robert Levandovskinin yerinə axtarışların aparıldığını bildirib. Deku qeyd edib ki, Levandovski ən yaxşı hücumçulardan biri olub və bu tip oyunçular çox azdır. Onun sözlərinə görə, daim hərəkətdə olan Rafinhanı müdafiəçilər saxlamaqda çətinlik çəkir.

Deku əlavə edib: "PSJ"nin heyətində klassik mərkəz hücumçu yoxdur. Belə oyunçular komandanın oyun üslubunu müəyyənləşdirir. Heyətdə bir çox futbolçu Hans-Diter Flikin tətbiq etdiyi üsluba uyğunlaşa bilir. Məncə, komandada bombardir çatışmazlığı yoxdur. Rafinha bu mövqedə əla çıxış edir, Qabriel Jezus isə klassik "doqquz nömrə"ni ən çox xatırladan futbolçudur. Bundan əlavə, bizdə böyük gələcəyi olan Hamza da var".