"Naxçıvan" BK heyətini qorumaq istiqamətində növbəti addımını atıb.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi gənc və perspektivli basketbolçusu Yavər Abbasovla yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılığa əsasən, 19 yaşlı oyunçu daha bir mövsüm burada çıxış edəcək.


