"Gəncə" basketbol klubu məşqçilər korpusunda yeni təyinat reallaşdırıb. 

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi meksikalı mütəxəssis İvan Lunanı komandaya cəlb edib.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

İ. Luna komandada basketbolçuların fiziki və kondisiya hazırlığına cavabdeh olacaq.

Təcrübəli fiziki hazırlıq məşqçisi karyerası ərzində vətəni Meksika ilə yanaşı, Litvada da müxtəlif komandaların heyətində çalışıb.