NBA rəhbərliyi sentyabrın 14-15-də keçiriləcək iclasda liqanın genişlənməsi məsələsini müzakirə edəcək. "Los Anceles Leykers"in bu yay 12,5 milyard dollar dəyərində qiymətləndirilməsi fonunda, yeni yaradılacaq klubların ümumi dəyərinin 15-18 milyard dollar arasında olacağı proqnozlaşdırılır.

Offsideplus.az xəbər verir ki, Las Veqas və Sietl yeni komanda üçün əsas namizədlər hesab olunur. Las Veqas üçün ilkin təkliflər 8 milyard dollardan başlayıb, lakin bu məbləğin kifayət etməyəcəyi artıq bəllidir. Sietldə isə rəqəmlərin bir qədər aşağı olacağı gözlənilir. Bir neçə klub rəhbərliyi genişlənmədən əldə edəcəkləri payın 500-600 milyon dollar olacağını bildiriblər.