"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe ünvanına səsləndirilən mübahisəli diktator zarafatları və müqayisələri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu bu cür ifadələrin mizah adı altında belə qəbuledilməz olduğunu vurğulayıb.

​Mbappe məsələyə münasibət bildirərkən tarixə və insan faciələrinə diqqət çəkib:

"Tarix boyu bu cür insanların (diktatorların) nə qədər böyük zərərlərə yol açdığını bilirik. Milyonlarla insanı öldürən şəxslərlə müqayisə olunmaq... Bunun mizah məqsədilə edildiyini bilirəm. Bəzən insanların diqqət əskikliyini göstərir. Bəzən siyasi baxımdan, bəzən də insani baxımdan..."