Misli Premyer Liqasında V turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda “Kəpəz” “Qəbələ”ni qəbul edəcək.
Gəncə təmsilçisi ötən turdakı məğlubiyyəti unutdurmaq istəyir.
Kaxaber Tsxadadzenin ayrılışından sonra hələ də yeni baş məşqçisini açıqlamayan "Qəbələ" ardıcıl 2-ci qələbə arayışındadır.
MPL, V tur
12 sentyabr (şənbə)
17:30 “Kəpəz” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə şəhər stadionu


