Madrid "Real Madrid"inin baş məşqçisi Joze Mourinyo Formula1 barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Mourinyo xüsusilə Kimi Antonellinin "Mercedes"dəki çıxışını yüksək qiymətləndirib və bunu inanılmaz adlandırıb. O, həmçinin Fernando Alonsonun xarakterinə heyran olduğunu bildirib və onu ən yaxşı pilotlardan biri kimi dəyərləndirib. Mourinyo qeyd edib ki, Alonsonun daim ən yaxşı maşına sahib olmaması təəssüf doğurur. Baş məşqçi Formula1-i çox sevdiyini vurğulayıb.


