"Borussiya Dortmund"un gənc istedadı Castin Ejodamen Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, son aylarda sərgilədiyi oyunla diqqət çəkən 15 yaşlı yarımmüdafiəçi üçün "Barselona", "Yuventus" və "Milan" klubları ciddi şəkildə mübarizəyə qoşulublar.
Skautların yaxından izlədiyi gənc futbolçunun parlaq gələcəyi proqnozlaşdırılır.


