"Real Madrid"in baş məşqçisi Joze Mourinyo ötən mövsüm Orelyen Tçuameni və Federiko Valverdenin arasında yaşanan insidentə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Mourinyo futbolçular arasında yaranan anlaşılmazlığa müdaxilə etmədiyini deyib:
"Mən heç nə etmədim, hər şeyi onlar özləri həll etdilər. Komandada qarşılıqlı dəstək, dostluq, birlikdə qələbə və məğlubiyyət yaşamaq, ehtiyat oyunçular skamyasına əsəbi getmək, amma meydanda qalan komanda yoldaşlarını dəstəkləmək bacarığı var. Valverde və Tçuameni ilə bağlı konkret suala cavab verməsəm də, deyə bilərəm ki, komandada atmosfer əladır. Əgər bu hadisədən xəbərim olmasaydı, düşünərdim ki, onlar ən yaxın dostlardır. Orelyen komandaya gələndə diqqətli idim, çünki müdaxilə etməli olub-olmayacağımı başa düşmək istəyirdim, amma heç nə etmədim. Onlar hər şeyi öz aralarında həll etdilər."


