Misli Premyer Liqasının V turunda bu gün "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, güclü rəqiblərlə qarşılaşaraq mövsümə start verən "Sumqayıt" ilk qələbəsini axtarır.

Azər Bağırovun rəhbərlik etdiyi "Şamaxı" isə ilk 4 turda 5 xal toplamağı bacarıb.

“SOCAR Polymer Arena”da baş tutacaq oyun saat 19:45-də start götürəcək.

MPL, V tur

12 sentyabr (şənbə)

19:45 “Sumqayıt” – “Şamaxı”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov

VAR: Vüqar Həsənli

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“SOCAR Polymer Arena”