Frensis Nqannu UFC prezidenti Dana Uaytın son açıqlamalarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, kamerunlu döyüşçü bildirib ki, illərlə azad agent olmaq üçün plan qurub və Uayt isə bunun qarşısını almağa çalışıb.
Nqannu bu barədə deyib: "Bu sözləri elə bir adam deyir ki, mən ondan üç ildən çox qaçış planı qurmuşam. O, isə məni heç vaxt azad agent etməməyə çalışırdı. Sən bu məğlubiyyətlə barışmalı olacaqsan. Bu, artıq dəyişməzdir".
Frensis Nqannu UFC-də 14 döyüş keçirib və 2023-cü ildə təşkilatı tərk edib. Dana Uayt isə Nqannu haqqında "Pis adamdır. Mən pis insanlarla iş görmək istəmirəm" deyib.


