UFC-nin yarımorta çəki döyüşçüsü Paulo Kosta təşkilatdan ayrılmaq istədiyini bildirib. Braziliyalı idmançı qeyd edib ki, UFC onun müqaviləsini ləğv etməyə razılıq verməyib və daha bir döyüş keçirməli olduğunu deyib.

Offsideplus.az xəbər verir ki, Kosta açıqlamasında bunları deyib: "Biz artıq bir neçə dəfə UFC-dən məni buraxmalarını istəmişik, amma imtina ediblər. Sonuncu dəfə bu məsələ UFC 332-də mənə döyüş verilməyəndən sonra gündəmə gəldi. Mən böyük döyüşlər, tanınmış adlarla qarşılaşmalar istəyirəm. Azarkeşlər də maraqlı və səviyyəli döyüşlər görmək arzusundadır. Hazırda elə bir mövqedəyəm ki, böyük qarşılaşmalar təşkil edə bilərəm və istəyirəm azarkeşlər bu həyəcanlı döyüşləri izləsin. Bu, mənim əsas məqsədimdir".

Qeyd edək ki, Paulo Kosta sonuncu döyüşünü 2026-cı ilin aprelində keçirib və Azamat Murzakanovu üçüncü raundda nokautla məğlub edib. Bundan əlavə, Kosta menecerini dəyişib və artıq onun maraqlarını Edii Hirn təmsil edir.