"Naxçıvan" basketbol komandasının baş məşqçisi açıqlanıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Belarusdan olan Georgi Kondruseviçlə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Mütəxəssis son olaraq ölkəmizdə "Lənkəran" komandasında işləyib. O, 2014-2021-ci illərdə isə ölkəsinin U-20 komandasının baş məşqçisi olub.


