“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk matçını keçirəcək.

Offsideplus.az xəbər verir ki, Adino Mustedanaqiçin komandası səfərdə “Mançester Yunayted”li həmyaşıdlarının qonağı olacaq.

Görüş 17:00-da start götürəcəl.

“Sabah”ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin, “Barselona”, Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.