UFC prezidenti Dana Uayt bildirib ki, İliya Topuriya yenidən döyüşməyə hazırdır. Uayt qeyd edib ki, təşkilat da onun qayıdışını səbirsizliklə gözləyir.
Offsideplus.az xəbər verir ki, Dana Uayt mümkün Topuriya–Geyci revanşının inanılmaz qarşılaşma olacağını deyib. O, həmçinin Topuriyanın Paddi Pimblett ilə döyüşünün də böyük maraq doğuracağını vurğulayıb. Xatırladaq ki, Topuriya sonuncu dəfə 2026-cı ilin iyununda UFC-nin Ağ Evdə keçirilən turnirində Castin Geyciyə texniki nokautla uduzub.


