İngiltərənin "Fulhem" klubunun futbolçuları baş məşqçi Alvaro Arbeloanın işindən narazıdırlar.
Offsideplus.az "Teamtalk" nəşrinə istinadən xəbər verir ki, bu vəziyyətdən dolayı London təmsilçisinin rəhbərliyini 43 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərməyə hazırlaşır.
Oyunçular Arbeloaya inamlarını itiriblər və onun rəhbərliyi altında keçirilən məşqlərin intensivliyindən narazıdırlar.
Komandanın göstərdiyi nəticələr də vəziyyəti ağırlaşdırır. "Fulhem" Premyer Liqada keçirdiyi ilk üç oyunda məğlub olub.
Hazırda klub rəhbərliyinin ispaniyalı mütəxəssislə yolları ayırmaq istədiyi bildirilir.


