İslam Maxaçev komanda yoldaşı Umar Nurmaqomedovun UFC Fight Night turnirində Sun Yadun qarşısında nokautla uduzmasına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, o, bu məğlubiyyəti təsadüfi zərbə ilə əlaqələndirib və Nurmaqomedovun gələcəkdə çempion olacağına əminliyini ifadə edib.

Maxaçev açıqlamasında bunları deyib: "Umar bu döyüşə çox yaxşı hazırlaşmışdı, bütün hazırlıq mərhələlərini birlikdə keçmişik. Bacarıqlara görə Umar rəqibindən üstündür. Amma bu MMA-dır, burada hər şey ola bilər. Təsadüfi zərbə idi. Umarın hələ hər şey qarşıdadır, o, çox təcrübəlidir. Əminəm ki, motivasiyasını itirməsə və eyni tempdə məşq etsə, tezliklə çempion olacaq. Bu məğlubiyyət onu bir neçə pillə geriyə atdı, çünki çəki dərəcəsi çox rəqabətlidir. Yenidən iddiaçı olmaq üçün ən azı iki döyüş keçirməlidir".

Qeyd edək ki, Sun Yadun 29 avqustda Şanxayda keçirilən UFC Fight Night turnirində Umar Nurmaqomedovu nokautla məğlub edib.