2026-cı ildə MLS klublarının transfer xərcləri yeni rekord həddə çatıb.
Offsideplus.az xəbər verir ki, komandalar il ərzində yeni futbolçuların transferinə ümumilikdə 370 milyon dollardan çox vəsait xərcləyib. Eyni zamanda, transferlərdən 218 milyon dollar gəlir əldə edib.
Mövsüm ərzində MLS-ə Antuan Qrizmann, Robert Levandovski, Brel Embolo və Kazemiro kimi ulduz futbolçular transfer olunublar. Liqanın 8 klubu öz transfer rekordunu yeniləyib.


