“Roma” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Fənərbağça” ilə keçiriləcək oyunda xüsusi forma ilə meydana çıxacaq.
Offsideplus.az xəbər verir ki, İtaliya klubu BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində formasının ön hissəsində qurumun loqosunu daşıyacaq.
Formada WFP loqosu ilə yanaşı, Nepala dəstək mesajı da yer alacaq. Aksiya ölkədə daşqın və torpaq sürüşmələrindən zərər çəkən insanlara diqqət çəkmək məqsədi daşıyır.
“Fənərbağça” ilə qarşılaşmada futbolçuların geyinəcəyi xüsusi formalar matçdan sonra hərraca çıxarılacaq. Satışdan əldə olunan vəsaitin hamısı WFP-nin Nepalda həyata keçirdiyi yardım proqramlarına yönəldiləcək.
Qeyd edək ki,qarşılaşma saat 20:45-də İstanbulda keçiriləcək.


