Milli komandamızın sabiq üzvü Ramil Şeydayevin çıxış etdiyi “Soçi” klubu Rusiya Kubokunda növbəti dəfə oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki,  kubokun 2-ci mərhələsində səfərdə “Dinamo” komandası ilə qarşılaşan "Soçi" 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Ramil Şeydayev 81-ci dəqiqədə meydana daxil olub, heç nə ilə yadda qalmayıb.