Bu gün MLS-də maraqlı görüş baş tutub.

Offsideplus.az xəbər verir ki, "Çikaqo Fayr" "İnter Mayami"ni qəbul edib. 

Ev sahiblərinin yeni transferi Robert Levandovski 10-cu dəqiqədə hesabı açsa da, ikinci hissənin əvvəlində - 48-ci dəqiqədə Messinin ötürməsindən sonra Karlos Kazemiro tablodakı rəqəmlərə tarazlıq gətirib.

Beləliklə, matç 1:1 hesabı ilə yekublaşıb.

"İnter Mayami" 44 xalla 2-ci, Çikaqo təmsilçisi isə 5 xal daha az yığaraq 4-cü pillədə qərarlaşıblar.