İngiltərə millisinin və "Liverpul"un sabiq yarımmüdafiəçisi Stiv Makmanaman bu mövsüm Çempionlar Liqasının əsas favoritlərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Makmanaman "PSJ"nin ardıcıl iki dəfə bu turnirdə qalib gəldiyini xatırladıb və onları əsas favorit adlandırıb. O, həmçinin "Barselona"nın da çox güclü olduğunu bildirib:
"Onlar La Liqada əla çıxış edirlər. Hər hücumlarının qolla nəticələnə biləcəyi hiss olunur. Altı hücumçuya sahib olmaları onlara kömək edir. Komanda ötən mövsümlə müqayisədə irəliləyiş göstərib və ən yüksək yerlər uğrunda mübarizə aparacaq".


