"Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo karyerasında növbəti tarixi mərhəyə çatıb.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında "Abha" ilə keçirilən matçda fərqlənən portuqaliyalı oyunçu ümumi qollarının sayını 979-a çatdırıb.

1000 qol səddinə çatmaq üçün Ronaldoya cəmi 21 qol qalıb. "Abha" ilə qarşılaşmada 1 qol vurmaqla yanaşı, matçın ən yaxşı oyunçusu seçilən təcrübəli futbolçunun ümumi göstəriciləri diqqət çəkir:

  • Qollar: 979

  • Məhsuldar ötürmələr: 271

  • Qol töhfəsi: 1240

  • Kuboklar/Titullar: 36