Amerikalı MMA ustası Brayan Orteqa UFC-də çıxış edən bütün idmançıların ən güclü olduğunu düşünmür. Onun fikrincə, UFC-dən kənarda da səviyyəli döyüşçülər var və təşkilat bu səbəbdən onları dəvət etmir.
Offsideplus.az xəbər verir ki, Orteqa bu barədə belə danışıb: "UFC marketinq maşınıdır. UFC-dən kənarda elə döyüşçülər var ki, bizi asanlıqla məğlub edə bilərlər və təşkilat bunu yaxşı bilir. Ona görə də onları UFC-yə çağırmırlar. Elə insanlar var ki, bütün həyatını bu idmana həsr edir və bu, onların texnikasında, ustalığında, xarakterində və düşüncə tərzində aydın görünür. Bunları saxtalaşdırmaq mümkün deyil".
Qeyd edək ki, Brayan Orteqa sonuncu dəfə 23 avqust 2025-ci ildə Şanxayda keçirilən UFC turnirində Alcemeyn Sterlinqə qarşı döyüşüb və hakimlərin yekdil qərarı ilə uduzub. Həmin qarşılaşma aralıq çəki dərəcəsində baş tutub, çünki Orteqa çəki limitini aşa bilməyib. Növbəti dəfə Orteqa UFC 331-də Renatu Moykano ilə qarşılaşacaq. Həmin turnirdə Despeyn Tuiyvasaya, Stivson isə Şarafa rəqib olacaq.


