UFC-nin ağır çəki döyüşçüsü Valdo Kortes-Akosta Tom Aspinallın uzun müddət bərpa prosesində olmasına münasibət bildirib. O, Aspinallı qəfəsdə döyüşçü yox, qorxaq olmaqda günahlandırıb.
Offsideplus.az xəbər verir ki, Kortes-Akosta bu barədə belə deyib: "Düşünürəm ki, o qorxaqdır. Sağalmaq üçün kifayət qədər vaxtı olub. Qəfəsdə döyüşçü olmaq lazımdır, qorxaq yox. Hazırda harada olduğunu belə bilmirik".
Qeyd edək ki, Tom Aspinall sonuncu döyüşünü 2025-ci ilin oktyabrında keçirib. O vaxtdan bəri Siril Qandan aldığı göz zədəsindən sonra bərpa olunur. Dana Uayt bildirib ki, Aspinall hələ də zədəlidir və tam sağalmayana qədər ağır çəki dərəcəsində proses davam edəcək.


