Misli Premyer Liqasının V turunda keçiriləcək “Kəpəz” – “Qəbələ” matçına artıq 3500 bilet satılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletlər həm iticket.az saytında, həm də Gəncə Şəhər Stadionunun kassalarında satılır.
Qeyd edək ki, matç sentyabrın 12-də saat 17:30-da keçiriləcək.


