"Barselona"nın idman direktoru Deku Pedri və Rafinhanın "Qızıl top" namizədləri arasında yer almamasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, kataloniya təmsilçisinin yarımmüdafiəçisi və cinah oyunçusu dünyanın ən yaxşı futbolçusu mükafatına iddialı 30 nəfərlik siyahıya daxil edilməyib.

Deku bu barədə deyib: "Məncə, Pedri və Rafinhanın siyahıda olmaması dünya səviyyəsində qalmaqaldır. Bu, ədalətsizlikdir. Pedri kimi istedadlı bir oyunçunun namizədlər arasında yer almaması mənim üçün tamamilə anlaşılmazdır".