"Kəpəz"in kapitanı Dioqo Verdaska məşq prosesi zamanı xəsarət alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat paylaşıb.
Portuqaliyalı arxa xətt oyunçusunun Misli Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" ilə qarşılaşmada iştirak edib-etməyəcəyi hələ ki, bəlli deyil.
Verdaskanın sentyabrın 12-də meydanda olub-olmayacağı aparılacaq tibbi müayinələrdən sonra məlum olacaq.


