UFC-nin sabiq çempionu Aleks Pereyra sosial şəbəkələrdə neqativ münasibətlə necə mübarizə apardığını danışıb. O bildirib ki, bəzən vaxtı olanda sosial şəbəkələrdə onu tənqid edənləri şəxsən bloklayır.

Offsideplus.az xəbər verir ki, Pereyra bu barədə belə deyib: "Bəzən, vaxtım olanda sosial şəbəkələrdə məni tənqid edənləri özüm bloklayıram. Əgər təyyarədə internet varsa və yuxum gəlmirsə, oturub həmin adamları bloklayıram. Mənə dram yaradan insanlar lazım deyil. Əgər özləri getmirlərsə, onları bloklayıram".

Qeyd edək ki, Pereyra son döyüşünü 2026-cı ilin iyununda keçirib. O, UFC-nin Ağ Evdə təşkil olunan turnirində Siril Qana ikinci raundda nokautla uduzub. Aleks Pereyra Siril Qana revanş təklif edib: "Keçən döyüşdə qadağan olunmuş zərbələr var idi. Mən üçüncü kəməri qazana bilərəm".