"Bavariya Münhen"in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda "Bude-Qlimt" üzərində 5:0 hesablı qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, Kompani ilk hissənin "Şalke" ilə oyuna bənzədiyini bildirib: "Birinci hissə bir qədər səbir tələb edirdi. Çoxlu qol vəziyyətimiz yox idi, amma bir neçə epizodda fərqlənə bilərdik. İkinci hissədə isə vacib anda qol vurduq və sonra ardıcıl qollar gəldi. Qələbə tamamilə layiqli oldu".

O, Jamal Musialanın qoluna da toxunub: "Stadionda 75 min azarkeş və ekran qarşısındakı insanlar onun üçün sevindi. Bilirdik ki, onun vaxtı gələcək. Musiala çox vacib qol vurdu. Bu, Jamal üçün əladır. Ümid edirəm, indi diqqət yalnız onun oyununda olacaq. O, digər məsələlərlə necə davranacağını bilir və bizim dəstəyimizi almağa davam edəcək".

Komanda barədə danışan Kompani əlavə edib: "Mövsümün əvvəlində yaxşı vəziyyətdəyik. Hələ tam formada olmayan oyunçularımız var. Qarşı-pressinq, pressinq və enerji baxımından müsbət təsir bağışlayırıq. Oyunun keyfiyyəti və detalları üzərində işləyirik. Tam hazır Jamal ötən mövsümlə müqayisədə bizim üçün üstünlükdür, çünki ötən mövsümün böyük hissəsini onsuz keçirmişdik. Alfonso Devis də formaya düşür. Hər oyun fərqli keçir. Növbəti qarşılaşmalarda nə baş verəcəyini görəcəyik".