"Fənərbağça"nın prezidenti Aziz Yıldırım baş məşqçi İsmail Kartalın istefa açıqlamasından sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, sərt mövqe nümayiş etdirərək təcrübəli mütəxəssisin vəzifəsindən ayrılmayacağını və komandada qalacağını qəti şəkildə bildirib. Klub prezidenti mediaya və ictimaiyyətə müraciət edərək bu məsələyə son qoyub:
-
Yalan xəbər xəbərdarlığı: "Yalan xəbər yaymayın, xahiş edirəm. Etdiyiniz xəbərlərə görə ictimai rəy yaranır, təzyiqin sonu da bu olur."
-
Vəzifəsində qalır: "Mən buranı tərk edənə qədər İsmail Kartal baş məşqçidir, nədirsə odur. Mən gedəcəyim gün mənimlə ayrılar. Mən gedənə qədər ayrıla bilməz. Bunu da bilin!"
-
Qəti qərar: "İsmail Kartalın davam edəcəyəm deməsinə ehtiyac yoxdur. Mən onun böyüyüyəm. 'Davam edəcəksən' deyərəm, bitdi. Ailə arasında belə şeylər olar. Mən buranı tərk edənə qədər İsmail Kartal buradan ayrıla bilməz."


