"Bayern Münhen" Çempionlar Liqası və Avropa Çempionlar Kubokunda 900-dən çox qol vuran ikinci klub olub.
Offsideplus.az xəbər verir ki, Vensan Kompani rəhbərlik etdiyi komanda bu uğura "Budyo-Qlimt" üzərində 5:0 hesablı qələbə ilə nail olub.
Qarşılaşmanın 47-ci dəqiqəsində Camal Musiala tərəfindən vurulan ilk qol münhenlilərin bu turnirdə yubiley qolu kimi tarixə düşüb.
Hazırda "Bayern Münhen"in hesabında Çempionlar Liqası və Avropa Çempionlar Kubokunda 904 qol var. Bu göstəricidə yalnız "Real Madrid" onlardan öndədir – 1139 qol.


