Kairi İrvinqin uzun müddətli zədədən sonra 2026/27 mövsümündə meydana qayıdacağı gözlənilir və bu, NBA-də müxtəlif transfer ehtimallarını gündəmə gətirib.
Offsideplus.az xəbər verir ki, sol dizindən ağır zədə alan və bir il meydandan uzaq qalan 34 yaşlı oyun qurucunun tam sağalacağı və məşqlərə qoşulacağı bildirilir. Karyerası ərzində 9 dəfə Ulduzlar oyununda iştirak edən İrvinq sonuncu dəfə "Dallas Maveriks"də orta hesabla 24,7 xal və 40,1 faiz üçlük dəqiqliyi ilə çıxış edib. Onun yüksək səviyyəli oyunu və təcrübəsi digər klubların da diqqətini çəkib. Xüsusilə "Dallas Maveriks"in gəncləşmə siyasətinə üstünlük verməsi və Kuper Flaq ətrafında yeni komanda qurmaq istəyi İrvinqin gələcəyi ilə bağlı şayiələri artırıb.
Son vaxtlar İrvinqin Yannis Antetokounmpolu "Mayami Hit"ə keçidi ilə bağlı söz-söhbətlər yayılıb. Lakin mövcud maliyyə məhdudiyyətləri səbəbindən bu transferin yaxın zamanda baş tutması real hesab edilmir. İrvinqin 39,4 milyon dollarlıq yüksək maaşı və "Mayami Hit"in cəlbedici dreft haqlarının olmaması bu keçidi çətinləşdirir. Buna baxmayaraq, əgər "Dallas Maveriks" mövsümə uğursuz başlasa, fevralda baş tutacaq 2027-ci il transfer pəncərəsi ərəfəsində İrvinq əsas hədəflərdən biri ola bilər.


