"Fənərbağça" klubunda tam bir xaos yaşanır.
Offsideplus.az xəbər verir ki, baş məşqçi İsmail Kartal mətbuat konfransında istefa etdiyini bildirdi. Ardınca klub rəhbəri Aziz Yıldırım onu heç yerə buraxmayacaqlarını açıqladı.
Bütün bu hadisələrin fonunda klubun canlı əfsanələrindən Volkan Demirel açıqlama verərək, klubun baş məşqçiliyinə hazır olduğunu deyib.
O, ünvanına gələn sualları cavablandıraraq qısa və konkret mövqe sərgiləyib: "Bizə təklif gəlməz. Nə zaman desələr, vəzifəyə hazırıq."



