Qadınlardan ibarət 3x3 milli komandamız Belçikanın Antverpen şəhərində keçirilən Avropa Çempionatında mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, millimiz ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, ikinci görüşündə Ukrayna seçməsinə 20:7 hesabı ilə qalib gəlib.

Ukrayna üzərində qazanılmış qələbədən sonra millimiz 1/4 final şanslarını artırıb.

Qeyd edək ki, qrupun son oyunu Niderland və Ukrayna komandaları arasında baş tutacaq.