Bakı İqlim Həftəsi çərçivəsində AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri üçün “Futbolda dayanıqlılıq” mövzusunda seminar təşkil olunub.
Offsideplus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirin əsas məqsədi futbolun ətraf mühitə mənfi təsirinin azaldılması və klubların dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyətinin təşviq edilməsi olub.
Seminarda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Aygün Nərimanova, “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı və AYNA-nın şöbə müdiri Vüsal Abbasov çıxış ediblər. Mütəxəssislər iqlim dəyişikliyi, ətraf mühitin qorunması, yaşıl nəqliyyat və futbolun ekologiyaya təsiri barədə klub nümayəndələrinə ətraflı məlumat veriblər.


