UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə "Mançester Yunayted"in qonağı olan "Sabah" məğlubiyyətə baxmayaraq, turnirin tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın start heyətində şans verdiyi 11 futbolçunun hər biri fərqli ölkələrin vətəndaşı olub.

Bu göstərici UEFA Çempionlar Liqasının tarixində ilk belə hal olub.

"Sabah"ın meydana çıxan tarixi 11-liyi:

Stas Pokatilov (Qazaxıstan)

Akim Zedadka (Əlcəzair)

Rəhman Daşdəmirov (Azərbaycan)

Ayden Makkarti (Cənubi Afrika)

Timoteuş Puxaç (Polşa)

Umarali Raxmonaliyev (Özbəkistan)

Ivan Lepinitsa (Xorvatiya)

Kahim Parris (Yamayka)

Velko Simiç (Serbiya)

Kristian Nvaçukvu (Nigeriya)

Coy-Lens Mikels (Ruanda)