"Barselona"nın kapitanı Rafinya Kataloniya təmsilçisi ilə əməkdaşlığı davam etdirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Deko komandanın liderini heyətdə saxlamaq istədiklərini rəsmən təsdiqləyib.

Braziliyalı futbolçu "Barselona"da özünü çox xoşbəxt hiss edir və müqaviləsini uzatmaq fikrinə müsbət yanaşır. İspaniya mətbuatının məlumatına görə, tərəflər arasında yaxın vaxtlarda yeni sözləşmə ilə bağlı yekun razılığın əldə olunacağı gözlənilir.