"Bavariya Münhen"in baş məşqçisi Vensan Kompani Qızıl Top mükafatını Harri Keyn və ya Maykl Olisenin qazanmasını arzuladığını bildirib.

Offsideplus.az xəbər verir ki, Kompani bu barədə belə danışıb: "Mən istəyirəm ki, oyunçularım uğur qazansınlar. Ona görə də hər bir məşqçi kimi tamamilə subyektiv olacağam və deyəcəyəm ki, Harri Keyn və ya Maykl Olise bu mükafatı qazansa, çox sevinərəm. Bu futbolçular ötən mövsüm 182 qol vuran və çoxlu qələbə qazanan komandanın bir hissəsi olublar. Beş aparıcı Avropa liqasında bir oyuna daha çox qol vuran komanda olub-olmadığını bilmirəm. Burada əsas sual budur: Qızıl Topun sahibi Çempionlar Liqasındakı uğura görə müəyyənləşir, yoxsa yox? Biz Çempionlar Liqasını qazanmadıq, əgər əsas meyar budursa, o zaman mükafatı bu turnirin qaliblərinə vermək lazımdır. Amma 182 qol, hər oyuna 3,5 qol – bütün bunlar bu futbolçuların sayəsində olub. Onlar həmçinin müdafiədə də çalışıb, öz cərimə meydanlarında top qapıblar, dərinlikdən hücumlar qurublar. Bəlkə də hər şeyi Çempionlar Liqasının qalibi həll edir – bu halda başqa yol yoxdur. Amma bu amili nəzərə almasaq, elə komandalar var ki, əvvəllər heç vaxt əldə olunmayan uğura imza atıblar və bu oyunçular həmin uğurun bir hissəsi olublar".