“Mançester Yunayted” bilet qaydalarını pozan 685 azarkeşin hesabını bloklayıb.

Offsideplus.az xəbər verir ki,  klub bilet sistemindən maddi qazanc əldə etmək məqsədilə istifadə edən 685 hesabı bloklayıb.


Klub ümumilikdə şübhəli aktivlik göstərən 1617 hesab müəyyənləşdirib.

464 azarkeşə isə xəbərdarlıq edilib və onların bilet ötürməsinə, eləcə də səfər oyunlarına bilet üçün müraciət etməsinə məhdudiyyət qoyulub.