"Aston Villa"nın baş məşqçisi Unai Emeri Premyer Liqada "Nottingem Forest"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra hakim qərarını tənqid edib.
Offsideplus.az xəbər verir ki, Emeri "Nottingem Forest"in yarımmüdafiəçisi Ceyms Makati tərəfindən İan Matsenə qarşı kobudluq etdiyini və bu epizodda qırmızı vərəqə göstərilməli olduğunu bildirib. Onun sözlərinə görə, həmin epizoddan sonra "Aston Villa" əvəzetmə limitini doldurduğu üçün Matsen oyunu davam etdirə bilməyib.
"Epizodun təkrarına baxdıqdan sonra düşünürəm ki, VAR hakimi çağırmalı idi. Bu, açıq-aşkar arxadan müdaxilə idi və mənim üçün qırmızı vərəqədir. Onda biz oyunu 10-a 10 davam etdirə bilərdik və qarşılaşmanın taleyi fərqli ola bilərdi", – deyə Emeri vurğulayıb.
"Aston Villa" son dörd oyunda cəmi 1 xal toplayıb və turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.


