Amerikalı müdafiəçi Nik Smit karyerasında ilk dəfə EuroLeague-də çıxış edəcək. O, "Real Madrid"lə bir illik müqavilə imzalayıb və İspaniya nəhənginin əsas heyətində yer alacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı basketbolçu 2023-cü il NBA dreftində 27-ci seçimlə seçilib və üç mövsüm ərzində liqada 141 oyunda iştirak edib. Ötən mövsüm "Los Anceles Leykers"in heyətində 30 matçda orta hesabla 12,5 dəqiqəyə 6,2 xal və 1 assistlə yadda qalıb. Smitin "Real Madrid"də start heyətində yer alacağı bildirilir.


